Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ: 11 şagird və 1 müəllim...

Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Adalet.az xəbər verir ki, bu barədə Sabirabad rayon prokurorluğu məlumat yayıb.
Bİldirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.
Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər

Uşaqlarda immunitet zəifliyinin təhlükəli əlamətləri

Uşaqların immunitetini gücləndirən qida qaydaları

Ürək xəstəliklərinin 4 erkən əlaməti hansılardır?

Yaşlanma əleyhinə inyeksiya Çində uğurla sınaqdan keçirilib

Bu orqanizm üçün siqaretdən də təhlükəlidir

Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO

Uşaqlarda dəmir, B12 və D vitamini çatışmazlığı nələrə səbəb olur?
