17 Yanvar 2025 17:50
112
İQTİSADİYYAT

Azərbaycanda mənzillər BAHALAŞIB

2024-cü ildə Azərbaycanın mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9,9 % artıb.

Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 11,3 %, təkrar mənzil bazarında isə 9,8 % olub.

Bundan başqa, ötən ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rübə nisbətən 3,3 % yüksəlib. Bu artım ilkin mənzil bazarında 2,8 %, təkrar mənzil bazarında isə 3,3 % təşkil edib.

Mənzil bazarındakı qiymət artımı sektorun dinamik inkişafını və tələbatın artdığını göstərir.