"Azərbaycanda mətbuatın generalları, onun üzvləri və zabitləri var"
MilliMəclisin deputatı, "Ədalət” qəzetinin təsisçisi Aqil Abbas Teleqraf.com-a müsahibə verib. Adalet.az həmin müsahibəni təqdim edir:
- Aqil bəy, Milli Mətbuatın 140 illik yubileyidir. 140 il ərzindəmətbuatımız hansı yolları keçərək bu günə gəlib çıxıb?
- Azərbaycan mətbuatı uzun və gözəlbir yol keçərək bu günlərə çatıb. "Əkinçi” qəzetindən başlayan yol əsrinəvvəllərində "Füyuzat”, "Kaspi”, "Molla Nəsrəddin” kimi qəzet və jurnallarınnəşrinə səbəb olub. Əlbəttə, həmin dövrdə böyük və klassik yazarlarımız olub vəonlar mümkün qədər maarifləndirmə fəaliyyəti göstəriblər. Bundan sonra bizdəSovet jurnalistikası dövrü başlayıb. Sovet dövrü çölə atılası, üstündənkeçiləsi bir dövr deyil. Sovet dövründə də böyük jurnalistika məktəbi olub. Bumərhələdə Azərbaycanın böyük jurnalistləri yetişib. Əlbəttə, Sovet İttifaqınınideologiyası, partiya maraqları var idi və bu, başqa söhbətin mövzusudur. Ancaqbu ideologiyaya baxmayaraq, özünün publisist yazıları ilə tanınan güclü imzalarolub. Məsələn, Əfqan, Seyran Səxavət, Siyavuş Sərxanlı, Tofiq Abdin, FazilNərimanzadə, Nüsrət Kəsəmənli. Həmçinin Anar müəllim. Mən Sovet sondövrlərindən bəhs edirəm. Demək istəyirəm ki, Sovet dönəmində də böyükjurnalistika məktəbi yarandı, güclü publisist nəsli yetişdi. Qəzetçilik irəligetdi.
- Bizdə radikal qəzetlər nəşr olunur, sosialşəbəkələrdə ciddi tənqidlər mövcuddur. Bunların hamısı faktdır. "Əkinçi”qəzetindən başlanan yol və sonda Azərbaycanın bir mətbuatının olması ortadadır.Heç dünya mətbuatından da geri qalmır. Mən bunu səmimi deyirəm və fikrimlərazılaşmayanlarla debata hazıram. Əlbəttə, mətbuatın problemləri var və bu daayrı mövzudur. Lakin Azərbaycanda 30-40 köşə yazarının adını çəkə bilərəm.Bunlar Türkiyə köşə yazarlarından da güclüdür. Avropa mətbuatı xəbər üzərindəköklənib. Ancaq bizdə "Əkinçi”dən gəlmə maarifləndirmə, savadlandırmafunksiyası yenə də davam edir. Biz ancaq xəbər üzərində köklənməmişik. Yəni,bizdə jurnalistika şaxələnib. Azərbaycan jurnalistikası böyük məktəb və inkişafyolu keçib. Bu, həqiqətdir.
- Belə iddialar var ki, bu gün Azərbaycanda jurnalistlərin sayı həddənçoxdur. Mətbuat Şurasının üzvü olaraq bu məqam sizi narahat edirmi?
- Əvvəla, Azərbaycanda jurnalistordusu çox deyil. Azərbaycanda əlinə qələm alıb yazı yazan insanlar var. Ancaqonlar jurnalist deyillər. Jurnalistika tamam başqa peşədir. Azərbaycanda normalşəraitdə min jurnalistin olmağı çox deyil. Onun da adətən 300 nəfəri güclüqələm sahibidir. 300 nəfərin də içərisində 50 nəfəri lap güclüdür. Ondan daseçsən, 10 nəfəri qeyd etmək olar. Mətbuat qanunundakı boşluğa görə, kim istəsəözünə qəzet, sayt aça, şəxsinə jurnalist deyə bilər. Bəzən, sosial şəbəkədəstatus yazıb özünə jurnalist deyirlər. Sonra isə Azərbaycanda müstəqil mətbuatıquranları tənqid edirlər. Məsələn, müstəqil mətbuatı quranlar deyəndə BabəkHüseynoğlu, Elçin Şıxlı, Rauf Arifoğlu, Rəşad Məcid və başqalarını qeyd etməkolar. Dünən sosial şəbəkədə statuslar yazaraq özünü jurnalist görənlər müstəqilmətbuatı quranları "zurnalist” adlandırırlar. Halbuki "zurnalist” onlarınözləridir. Baxın, mən sizi tanımasam, müsahibəmiz baş tutmazdı. Gündə mənəçoxlu sayda zəng gəlir, onların hamısına danışmaq imkanım olmur. Siz ötən günmüsahibə haqqında dediniz, amma mənim vaxtım olmadı, çünki tədbirlərimiz çox idi.Amma bu gün müsahibəmiz baş tutdu. Çünki sizi şəxsən tanıyıram. Kimsə əlinəqələm götürüb jurnalist olmaq istəyirsə, onları jurnalist adlandırmaq olmaz.Xatırlayırsınız, bir zamanlar qəzetlərin baş redaktorlarına media kapitanlarıdeyirdilər. İlk dəfə bu məsələ qalxanda dedim ki, mən media kapitanı deyiləm,media generalıyam. Təklif etdim ki, generalla kapitanı səhv salmayın.Azərbaycanda mətbuatın generalları, onun üzvləri və zabitləri var. Deyirsinizjurnalist çoxdur, əslində, bu, yazan çoxluğudur. Onlar jurnalist deyillər. XXəsrdə 500-1000 şair olub. Ancaq siz kimlərin adını çəkə bilərsiniz? Təbii ki,Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Əli Kərimin, MəmmədArazın, Ramiz Rövşənin və s. Yəni keçmişə qayıtsaq da, Hüseyn Cavidin, Əli bəyHüseynzadənin, Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Əhməd Ağaoğlunun adınıçəkə bilərik. Ona görə də çoxluq hər şey demək deyil.
- İyulun 21-də Prezidentləgörüşdünüz. Təəssüratınız necə oldu?
- Təbii ki, görüşlə bağlı insanların gördüyüvə görmədiyi məqamlar oldu. Cənab Prezidentin və görüşdə çıxış edən şəxslərinfikirləri ilə tanış oldunuz. Bu, çox gözəl idi. Mətbuata çıxmayan məqamlar daoldu. Məsələn, görüşdən sonra foto çəkdirməyə gedəndə cənab Prezident 25 dəqiqəbizlərlə səmimi söhbət etdi, hətta zarafatı da oldu. Prezident istəyirdi ki,görüş zamanı gərginlik içində olan şəxslər bir qədər rahat olsunlar. Yəni ki,qarşıdakılar təkcə Prezidentlə deyil, həm də dostları ilə söhbət etdiklərininfərqində olsunlar. Buna görə də, zarafat etdi ki, gərginlik içində olanlaraçılışsınlar. Rəsmi hissədə də söylədi ki, sözü olan varsa, durub desin. AkifAşırlı, Əflatun Amaşov, Umud Rəhimoğlu danışdılar. Toplantıdan sonra isəPrezidentlə ürəkləri istəyən söhbəti etdilər. O cümlədən də mən Prezidentləsöhbət etdim. Prezidentlə görüşdən çox yüksək təəssüratla ayrıldıq. Özü də, bizgörüşdən çıxandan sonra cənab Prezidentin sərəncamı oldu, jurnalistlər üçünyeni tikilən binaya əlavə olaraq 5 milyon manat ayırdı. Bundan gözəl hansıtəəssürat ola bilər? Bizi doğma bilir, qəbul edir. Hətta dedi ki, bəzi şeyləriköməkçilərim mənə demir, amma mən mətbuatdan oxuyuram. Bunu müxalif qəzetlərdərhal götürüb əllərində bayraq etdilər. Əslində, belə deyil. Prezident səhərişə gəlir. Bəzən kefi olmur. Bu zaman bütün məlumatları Prezidentəçatdırmırlar. Ancaq sonra bütün məlumatlar Prezidentə təqdim edilir. Lakin buməqamı müxalif qəzetlər manşetə çıxardılar. Mən adi adamam. Səhər işə gəlirəm,amma axşam mənə deyirlər ki, filankəs filan səhvi edib. Yəni səhər-səhərəhvalımı və işimi pozmaq istəmirlər. Mən adi qəzet təsisçisiyəm. Prezidentin dəbu zarafatını başqa istiqamətə yozmağa əsla ehtiyac yoxdur.
- Bundan sonra Azərbaycan mətbuatının qarşısında hansı vəzifələr durur?
- Birincisi, Prezident çıxışında daqeyd etdi ki, ölkədə olan problemləri işıqlandırmaq lazımdır. Yəni ancaq tərifdeyil, problemləri də çatdırmaq lazımdır. Fikrimcə, medianın əsasvəzifələrindən biri də xalqımızı ikinci Qarabağ savaşına kökləməkdir. Mətbuatbu məqama həssas yanaşmalı, milləti ruhdan düşməyə qoymamalıdır. Eyni zamandaxaricdən Azərbaycana, dövlət maraqlarımıza qarşı olan hücum və təzyiqlərə cavabverməkdir. Həmçinin ikili standartları ifşa etməkdir. Təbii ki, mətbuatınvəzifəsi həm də maarifçilik işinin aparılmasıdır. Təsəvvür edin ki, bu gün Türkiyəəhalisinin 25 faizi oxuyub yazmağı bilmir. Şükürlər olsun ki, Azərbaycanda biradam ola bilməz ki, oxuyub-yazmağı bilməsin. Görün, bizim inkişafımız hansısəviyyədədir. Əlbəttə, problemlərimiz də var. Əsas məsələ qəzetlərin yayımınınartırılmasıdır. Bizim qəzetlər rayonlara gedir. Ancaq kəndlərimizə də qəzetlərgetməlidir. Bir var insanlar xəbəri televiziyadan alsın, bir də var qəzetdənoxusunlar. Təsəvvür edin ki, gözəl yazarlarımızın publisist yazıları,tənqidləri, analitik məqalələri kəndlərdə oxunur. Fikrimcə, bu problem də həllolunmalıdır.