Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq - VİDEO
Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.
Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.
O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.
Mövzu ilə bağlı daha ətraflı videoda:
Digər Xəbərlər
17 Sentyabr 2026 17:05
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı: 13 qalib avtomobilinə qovuşdu
17 Sentyabr 2026 13:48
"Kurtlar Vadisi"nin sirri illər sonra üzə çıxdı
17 Sentyabr 2026 09:33
Bu şəhərlər 100 il sonra yox ola bilər - SİYAHI
17 Sentyabr 2026 09:00


Bakı -°C

