Azərbaycanda qızılca xəstəliyinə neçə nəfər yoluxub?
Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb.
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva deyib.
Onun sözlərinə görə, həmin faktlar da miqrasiya məsələsi ilə əlaqəlidir: "Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür".
Mərkəz rəsmisi bildirib ki, həmin şəxslərdən 18-i məhz Bakının payına düşüb: "Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. Ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır".
G.Azadəliyeva xatırladıb ki, qızılca və digər vaksinlərin tam vurdurulması uşaqların müvafiq xəstəliklərə yoluxmalarının qarşısını ömürlük almış olur: "Ümumilikdə milli peyvənd təqvimində yer alan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlərin 95 %-i Səhiyyə Nazirliyi və UNİCEF xətti ilə Azərbaycana gətirilir və istifadəsinə, təhlükəsiz şəraitdə daşınmasına zəmanət verilir. Bu da o deməkdir ki, özəl klinikalarda vurulan peyvəndlər də dövlət tibb müəssisələrində vurulan vaksinlərlə eynidir. Son illərdə dövlət tibb müəssisələrində vurulan vaksinlərlə əlaqəli ağırlaşma halı qeydə alınmayıb".
Digər Xəbərlər
30 Dekabr 2025 15:16
Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr
30 Dekabr 2025 11:10
Bayram günlərində sağlam qidalanma üçün ən mühüm qaydalar
30 Dekabr 2025 11:03
Bayram günlərindən sonra qida rejiminin bərpası - SN-dən tövsiyələr
30 Dekabr 2025 10:08
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
29 Dekabr 2025 13:00
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15


Bakı -°C

