Azərbaycanda tolerantlıq, Avropada islamafobia

2017-ci ildə Avropa İslamofobiya adlı bir hesabat yayımlandı. Bu hesabat bütün Avropa Birliyi ölkələri ilə Rusiya və Norveçin də daxil olduğu 33 ölkəyə aid edilirdi. Sözügedən hesabatda yer alan ölkələrdə islamafobianın inkişaf tempi tənqid olunurdu. Qeyd eədk ki, həmin hesabat Avropa ölkələrindən 40 aparıcı alim və vətəndaş cəmiyyəti nümayəndəsinin iştirakı ilə hazırlanmışdı.
İslamofobiya və Müsəlman əleyhdarı irqçiliyin əslində Avropada bir çox seqment tərəfindən inkar edilməsi, islamafobia ilə mübarizə aparmaq üçün sıx birləşməyin və siyasi bir iradənin vacibliyini ortaya qoymaqdadır. İslamofobiya bu gün təəssüf ki, Avropa dövlətlərində, qurumlarında və cəmiyyətlərində normallaşmış bir növ irqçilikdir. Sadəcə irqçiliyin adını dəyişərək məsələyə vizual don geyindirilib.
İslamofobiyanın varlığının inkar edilməsi, yalnız cəmiyyətin marjinal seqmentləri ilə çərçivələnmədi və Avropada siyasətin mərkəzinə qədər daşındı. İslamofobik söhbət və təbliğat, sadəcə, sağ-sol radikal qruplar tərəfindən deyil, eyni zamanda sosial demokratlar, liberallar, solçular və mühafizəkarlar tərəfindən də istifadə olunur.
Avropa Birliyi Byenəlxalq Hüquqlar Agentliyi (FRA) tərəfindən nəşr olunan bir araşdırmada, Avropadakı müsəlmanların 76 faizinin yaşadıqları ölkələrə güclü bir şəkildə bağlı olduqları, ancaq Avropadakı müsəlmanların 31 faizinin xüsusilə iş müraciətlərində ayrı-seçkiliyə uğradıqlarını ortaya qoymuşdur. Eyni araşdırmada, Avropadakı müsəlmanların yalnız 12 faizi səlahiyyətlilərə ayrı-seçkilik etdiklərini bildirilirdi. Bu səbəbdən, Avropada müsəlmanların qarşı-qarşıya qaldıqları ayrı-seçkiliyin ölçüsü, İslamofobiya və Avropada müsəlmanlara qarşı göstərilən nifrət hesabatda göstərilən rəqəmlərdən daha çoxdur.
Avropadakı İslamofobiya ilə bağlı mövcud məlumatlar və statistika yalnız buzdağının görünən hissəsini ortaya qoyur. Bu məzmunda, Rusiyadan Portuqaliyaya, Maltadan Norveçə qədər fərqli dövlətlərdəki İslamofobik meylləri və inkişafları analiz edən və hər il nizamlı olaraq nəşr olunan Avropa İslamofobiya Hesabatının əsas məqsədi Avropadakı müsəlman əleyhdarı irqçiliyin struktur ölçüsünü ortaya qoymaqdır.
Avropa İslamofobiya Hesabatı Avropada irqçilik və İslamofobiyanın inkişafı ilə maraqlanan hər kəs üçün dəyərli məlumat mənbəyidir - həm alim, həm də maraqlı oxucu üçün. 2017 Avropa İslamofobiya Hesabatı İslamofobiya ilə mübarizəyə qətiyyətlə qərarlı olan siyasi qərar qəbul edənlər və aktivistlər üçün faydalı və qiymətli bir vasitədir.
Göründüyü kimi, Avropada İslamafobiya günü-gündən güclənir, inkişaf edir. Azərbaycan isə dünyəvi dövlət olmaqla həm də İslamafobiya ilə mübarizə aparır. Bu mübarizə dövlət tərəfindən ən yüksək səviyyədə aparılır və Azərbaycanın tolerantlıq, multikultralizm dəyərlərinə sahib olması bunun üçün əlavə üstünlük yaradır. Hələ 2015-ci ildə Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, Azərbaycan islamafobiya ilə mübarizə aparır. "Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”, - deyən dövlətimizin başçısı ISESCO-nun məşğul olduğu sahələrin ölkəmizdə inkişaf etdiyini, elm, təhsil və mədəniyyət sahəsində iri layihələrin həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu il tarixdə ilk dəfə Bakıda birinci Avropa Oyunları keçirilib. 2017-ci ildə isə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bunun təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi olduğunu deyən dövlətimizin başçısı ölkəmizin dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına töhfə verdiyini diqqətə çatdırmışdı.
Digər tərəfdən islamafobiya ilə mübarizə çərçivəsində Azərbaycanın regionlarında da müəyyən vaxtlarda tədbirlər keçirilib. Belə ki, noyabrın 17-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə
"İslamafobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdi. "İslamafobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov Azərbaycanda tolerantlıq, vəhdət, İslam həmrəyliyi, radikalizmə qarşı mübarizə və artan islamofobiya meyilləri haqqında danışaraq ölkəmizdə dini-mənəvi irsə ehtiramın, müxtəlif mədəniyyətlərin dialoqunun, multikulturalizm və tolerantlıq ənənələrinin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdı.
Bütün bunlar onu göstərir ki, millətlər arasında ayrı seçkilik qoymadan da inkişaf etmək, dini, mədəni azadlıqları qoruyub inkişaf etdirmək mümkündür. Bunun kökündə dayanan əsas amil isə tolerantlıq və multikultural dəyərlərdir. Bu dəyərlər həm insan haqlarının qorunmasında, həm də dini azadlıqların təminində önəmli rol oynayır. Azərbaycan isə bir dövlət olaraq bunun bariz nümunəsidir, dünya ölkələrinə örnəkdir.
Yazı "Tərəqqi” Sosial-iqtisadi araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Dini ekstremizm və radikalizmə qarşı maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində çap olunur.
Digər Xəbərlər

Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılır

Dondurmalar ləzzət eləmir...

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"
