Azərbaycandan karantin müddətinin 14-dən 7 günə endirilməsinin səbəbi açıqlandı
Azərbaycanda bu gündən etibarən test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.
"Çünki son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi", - deyə F.Sədirov əlavə edib.
F.Sədirov əlavə edib ki, yeni qərarın verilməsi "Omicron" ştamı ilə əlaqədardır: "Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır".
Bunu Trend-in suallarını cavablandıran həkim-infeksionist Mərdan Əliyev isə bildirib ki, Koronavirusun "Omicron" ştammı Azərbaycanda yeni aşkar olunsa da, Avropa ölkələrində 2 aydır ki, mövcud və dominantdır. Bu ölkələrin əksəriyyətində koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə azaldılıb.
Onun sözlərinə görə, koronavirus xəstələrinin karantində qalma müddətinin azaldılmasının bir neçə səbəbi var.
"İlkin olaraq vaskin olunanların sayı və virusa yoluxub sağalanların sayı kollektiv immuniteti formalaşdırır. Kollektiv immunitet həm ölkəmizdə, həm dünyanın əksər ölkələrində (Afrika ölkələri istisna olmaqla) artıq kifayət qədər formalaşıb.
Həmçinin "Omicron" variantı sürətli yoluxuculuq qabiliyyətinə malik olsa da, ağırlaşma ehtimalı azdır və xəstəlik sürətli başlasa da, qısa müddətdə sona çatır. Sözügedən ştamm ilk 3 gün yoluxduruculuq qabiliyyətinə malik olur, daha sonra bu zəifləyir. Bütün bu reallıqlar nəzərə alınaraq, xəstələrin karantində qalma müddəti 14 gündən 7 günə endirilib", - deyə o qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı qərarına əsasən laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb. Qərar bu gündən qüvvəyə minib.
Digər Xəbərlər
19 Iyun 2026 16:06
SN və DGK dərman vasitələrinin idxalına nəzarəti gücləndirib
18 Iyun 2026 11:51
İndi, yaxşı dondurma var?
17 Iyun 2026 18:02
Pendirin bu xeyrini bilirdiniz?
16 Iyun 2026 11:34
Artıq çəki diz və bud oynaqlarınızın ən böyük düşmənidir - XƏBƏRDARLIQ
16 Iyun 2026 11:33
Oynaq ağrılarının əsas səbəbi nədir? – SN-nin travmatoloq-ortopedindən AÇIQLAMA
13 Iyun 2026 09:05
İsti havalarda nə qədər su içməliyik?
12 Iyun 2026 10:18
Bakıda çiyələk yeyən qadın dəhşətli vəziyyətə düşdü - Dərisi soyuldu - VİDEO
12 Iyun 2026 09:57


Bakı -°C

