Azərbaycanın Baş prokuroru Rusiyada səfərdədir

Dekabrın 8-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti qurumlararası əlaqələrin möhkəmləndirilməsi və regionda təhlükəsizliyə artan təhdidlərin qarşısının alınması üçün birgə səylərin əlaqələndirilməsi məsələlərinin müzakirəsi məqsədilə Moskva şəhərinə səfər edib.
Bu barədə Adalet.az-a Azərbaycanın Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
İqor Krasnov dəvətini qəbul etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edərək, qurumlarası münasibətlərin yüksək səviyyədə olduğunu və bunda qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev dəvətə görə təşəkkürünü ifadə edərək ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib.
Həmçinin görüş zamanı cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.
Digər Xəbərlər
27 Oktyabr 2025 14:35 Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri ELAN OLUNDU
25 Oktyabr 2025 10:15 Zabil Qəhrəmanova ittiham elan olundu
24 Oktyabr 2025 11:59 Azərbaycanda qadın hakimlərin sayı açıqlandı
24 Oktyabr 2025 11:56 Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib
22 Oktyabr 2025 12:26 Beynəlxalq axtarışda olan daha 4 nəfər Azərbaycana ekstradisiya edildi
21 Oktyabr 2025 17:32 Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi
21 Oktyabr 2025 16:29 Ruben Vardanyanın vəkildən imtina edib
21 Oktyabr 2025 13:53 

Bakı -°C 






