adalet.az header logo
  • Bakı -°C
18 May 2026 11:04
73
İQTİSADİYYAT
A- A+

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.

Bu barədə Adalet.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.

4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.