Azərbaycanın vergi sistemində üfüqi monitorinqlər həyata keçiriləcək
                            Azərbaycanın vergi sistemində üfüqi monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, üfüqi monitorinq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir. Üfüqi monitorinqin predmeti vergilərin bu Məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilmir.
Həmçinin üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi monitorinq bu Məcəllədə göstərilən vaxtda başlayır və 6 aydan gec olmayaraq başa çatır. Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.
Üfüqi monitorinqə qəbul edilmək üçün ərizənin verildiyi tarixə aşağıdakı bütün şərtlərə cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilərlər:
- vergi ödəyicisi orta və iri sahibkarlıq subyektidirsə;
- vergi ödəyicisi mühasibat və vergi uçotunu mühasibat və (və ya) vergi uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatından istifadə etməklə aparırsa;
- vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemini tətbiq edirsə.
Digər Xəbərlər
        
        04 Noyabr 2025 16:42
    
    "Bu yanaşma bazarda inamı gücləndirir və manatının alıcılıq qabiliyyətini müdafiə edir"
        
        04 Noyabr 2025 15:18
    
    "Xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir” - Mikayıl Cabbarov
        
        04 Noyabr 2025 13:45
    
    "Elektrik avtomobili idxal edənlər vergidən azad olunmalı deyil" - Deputat
        
        04 Noyabr 2025 13:38
    
    "Pulların bu formada xərclənməsi düzgün deyil" - Deputat ezamiyyələrin azaldılmasını təklif etdi
        
        04 Noyabr 2025 12:56
    
    "İcmal büdcənin yuxarı həddi dəyişdirilməlidir" - Palata sədri
        
        04 Noyabr 2025 12:38
    
    Sadələşdirilmiş vergi limitinin 400 min olması təklif olunur
        
        04 Noyabr 2025 12:33
    
    "Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək" - AMB sədri
        
        04 Noyabr 2025 12:16
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            