Mirziyoyev İlham Əliyevi TƏBRİK ETDİ
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan Sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur.
Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi, həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Bu məqamda Sizin Cənubi Qafqazda əmin-amanlığın və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl səyləri tam dəstəklədiyimizi bir daha vurğulayıram.
Son illərdə ölkənizə səfərlərim zamanı Qarabağ bölgəsində müasir infrastrukturun qurulmasının, mədəni irs abidələrinin bərpa edilməsinin, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinin şahidi oluruq və səmimi bir qardaş kimi bu misilsiz nailiyyətlərdən böyük sevinc hissi keçiririk.
Hörmətli İlham Heydər oğlu, Sizinlə bu il Azərbaycanın füsunkar Bakı, Xankəndi və Qəbələ şəhərlərində açıq və məhsuldar görüşlərimiz, habelə səmərəli danışıqlar zamanı əldə olunan mühüm razılaşmaların tam icrasının strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizi tamamilə yeni mərhələyə yüksəldəcəyinə əminəm.
Əziz dostum, yaxın gələcəkdə Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşündə iştirak etmək üçün Sizin Özbəkistana səfərinizi səbirsizliklə gözləyirəm.
Ölkənizin həyatındakı bu unudulmaz tarix münasibətilə bir daha səmimi təbriklərimi bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, rifah və daimi tərəqqi arzulayıram”.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

