adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 May 2022 18:58
847
MƏDƏNİYYƏT

Azərbaycanın Xalq artisti VƏFAT EDİB

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.

Sənətkar bu gün 75 yaşında dünyasını dəyişib.

Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.