Memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalarla bağlı yayılan məlumatlara münasibət bildirib.
Komitədən Adalet.az-a bildirilib ki, məsələ Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarətindədir.
Qeyd edilib ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən (inventar nömrəsi 2985) bu bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən həmin icazəsiz metal konstruksiyalar sökülür: “Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür. Qeyd edirik ki, gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq. Bu istiqamətdə bizə dəstək olan və vaxtında məlumat verən vətəndaşlarımıza təşəkkür edirik. Birgə səylərimiz sayəsində şəhərimizin mədəni irsi daha etibarlı şəkildə qorunacaq”.
Digər Xəbərlər
18 Avqust 2026 13:52
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır - FOTOLAR
18 Avqust 2026 13:43
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır
17 Avqust 2026 20:17
KİNOMUZA SAHİB ÇIXAQ
17 Avqust 2026 15:52
Ceki Çanın filminin çəkilişləri bitdi
14 Avqust 2026 11:25
Troya qazıntılarının bərpası ilə yeni kəşflər mövsümü başlayır - FOTOLAR
13 Avqust 2026 17:07
Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək
10 Avqust 2026 09:05
Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO
05 Avqust 2026 13:28


Bakı -°C

