Azərbaycanla Rusiyanın birgə yaratdığı şirkət ləğv edilir
Azərbaycanla Rusiyanın birgə yaratdığı “AzRusTrans” QSC fəaliyyətini dayandırır.
Adalet.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetində məlumat dərc edilib.
Şirkətin ləğv olunması ilə bağlı elanda kreditorlardan öz tələblərini iki ay müddətində Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, “AzRusTrans” 2016-cı ildə yaradılıb və onun əsas məqsədi Azərbaycan, Rusiya, İran, Gürcüstan və Türkiyə arasında yük daşımalarının dəmir yolu ilə payını artırmaq olub. Nizamnamə kapitalı 150 min manat təşkil edən QSC-nin qanuni təmsişçisi Heydərov Orxan Qasım oğludur.
Digər Xəbərlər
18 Avqust 2026 11:11
“Azərbaycanın neft-qaz ixrac gəlirləri getdikcə daha çox fiziki istehsal...”
17 Avqust 2026 11:00
Yeni sistemin yaradılması nə vəd edir?
17 Avqust 2026 10:58
“Kredit bazarına təcili olaraq dövlətin müdaxiləsi olmasa...”
15 Avqust 2026 09:53


Bakı -°C

