26 Aprel 2022 12:01
625
GÜNDƏM

Azərbaycanlı deputatdan AŞPA-da "Bozqurd işarəsi"  -VİDEO

Bir neçə gündür, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvayda səfərdə olarkər, ona etiraz edən ermənilərə “Bozqurd işarəsi” göstərməsi müzakirə mözvusu olub.

Adalet.az xəbər verir ki, bununla bağlı AŞPA səviyyəsində müzakirələr aparılıb. Milli Məslisin deputatı Kamal Cəfərov çıxışı zamanı “Bozqurd işarəsi” göstərərək, Türkiyə XİN başçısını dəstəkləyib.

Cəfərov deyib ki, Çavuşoğlunun göstərdiyi işarədəki Bozqurd - qədim türk totemidir. ""Google"da axtarış etsəniz, görəcəksiniz ki, hətta Barak Obama da "Bozqurd işarəsi" göstərib. Ona görə də göstərdiyim "Bozqurd işarəsi" ilə bağlı heç bir problem yoxdur".(bakivaxtı.az)