Azərbaycanlı şagirdlər Londondan medallarla qayıtdı - FOTO
Azərbaycanlı şagirdlər vətənə medallarla qayıtdı
Adalet.az xəbər verir ki, Ağdam rayon 33 saylı tam orta məktəbin VIII a sinif şagirdi Əliyeva Selcan Anar qızı Londonda keçirilən "Teenegele Yeniyetmələrin Onlayn ingilis dili" müsabiqəsinin final mərhələsində iştirak etmiş və Bürünc medal qazanmışdır.
Final müsabiqəsinin qaliblərinə mükafatlar, Böyük Britaniyanın dünyaca məhşur "Oksford" unuversitetində təqdim olunub. Müsabiqədə Azərbaycanın müxtəlif məltəb və litseylərindən 35 şagird iştirak edib və çoxsaylı medallar qazanıblar. Selcan Əliyeva uğurunu belə bölüşüb: - Bu yarışmanın həyatımda böyük əhəmiyyəti oldu, yarışın ilk mərhələsində silver qazanaraq ikinci yeri tutdum. Final mərhələsində isə üçüncü yeri tutaraq bürünc medal qazandım. Bu yarışı çox sevdim, qalib gələn dostlarımı təbrik edirəm. ///Qazandığı yüksək nailiyyət münasibətlə Selcan qızımızı və 33 saylı Ağdam tam orta məktəbinin kollektivini təbrik edirik, gələcək həyatında uğurlar arzulayırıq.
Əntiqə
Digər Xəbərlər
22 Iyun 2026 17:13
"Bütün müəllimlərin maaşı artır" - Nazir
22 Iyun 2026 17:09
BŞTİ 30 məktəblə bağlı - QƏRAR VERDİ
22 Iyun 2026 11:13
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
21 Iyun 2026 14:04


Bakı -°C

