“Azerçay” çay plantasiyalarına mediatur təşkil edib - FOTOLAR
“Azerçay” markası çay yığım mövsümünün başlanması ilə əlaqədar Masallı rayonunda yerləşən plantasiyaya mediatur təşkil edib.
Tur çərçivəsində jurnalistlərə çay yığım prosesi, əkin sahələrində görülən aqrotexniki işlər, müasir suvarma texnologiyaları və çay becərilməsinin digər mərhələləri barədə ətraflı məlumat verilib. “Sun Tea” çay fabrikinin rəhbəri Nuriyyə Rəhmanova bildirib ki, bu il mövsüm yüksək məhsuldarlıqla tamamlanacaq:
“Məhsuldarlığın artırılması məqsədilə il ərzində sahələrdə bir neçə dəfə aqrotexniki qulluq işləri görülüb. Əldə olunan məhsullar keyfiyyət baxımından həm yerli, həm də xarici bazarda yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanır”.
İdari işlər məsul şəxs Altay Abbasov isə bildirib ki, hazırda 100 hektardan çox sahədə yığım işləri aparılır. Onun sözlərinə görə, sahələr müasir çiləmə sistemi ilə suvarılır və növbəti yığım mərhələsi iyul ayında planlaşdırılır.
Qeyd edək ki, yerli bazarla yanaşı, “Azərçay” məhsulları dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur. Üzərində “Made in Azerbaijan” yazısı olan bu milli marka Azərbaycan çayçılıq ənənələrinin dünyada tanıdılmasına töhfə verir və beynəlxalq sərgilərdə uğurla təmsil olunur.
Digər Xəbərlər
19 Noyabr 2025 10:52
Üstüaçıq yatan eskalatorlar
17 Noyabr 2025 08:10
Xoşbəxtlik puldan asılıdır?
14 Noyabr 2025 18:00
Dünyanın müxtəlif ölkələrində erməni diasporu: onların sayı və fəaliyyət istiqamətləri
13 Noyabr 2025 11:42
Dennitsa adlı mələk niyə şeytana çevrildi?
12 Noyabr 2025 16:28
Bazarstore.az – Onlayn alış-verişdə rahatlıq və endirimləri bir araya gətirir
10 Noyabr 2025 09:20
Çində hava taksisi ilə 10 dəqiqəlik uçuş təxminən 8 dollara başa gələcək
08 Noyabr 2025 11:43
“Azərsun Holdinq” media nümayəndələri arasında intellektual yarış keçirdi - FOTOLAR
07 Noyabr 2025 15:42


Bakı -°C

