Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Stokholm konfransında təmsil olunur
2010-cu ildən “Azercell Telekom”un dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i Uşaq Qaynar Xəttlərinin 10-cu beynəlxalq məsləhətləşmə konfransında iştirak edib.
Adalet.az xəbər verir ki, 27-29 Sentyabr 2022-ci il tarixlərində Stokholmda baş tutan konfransda xidmətin direktoru Kəmalə Aşumova təşkilatın zəng və müraciətlərə təcili və effektli cavabvermə təcrübəsini bölüşüb. O, auditoriyanı xidmətin qısa nömrəsi olan 116111 və 24/7 rejimdə çalışaraq ehtiyacı olan uşaqlara dəstək verən mobil tətbiqlər haqqında məlumatlandırıb.
Eləcə də iştirakçılara Uşaq Qaynar Xəttinin təxirəsalınmaz onlayn, ardınca üzbəüz konsultasiyaları və fərdi şəkildə hazırlanan reabilitasiya planları haqqında məlumat verilib. Xidmətin direktoru bu istiqamətdə davamlılığı təmin etmək üçün böyük kommersiya şirkətləri ilə əməkdaşlığın önəmini də vurğulayaraq, “Azercell”lə onillik əməkdaşlığı uğurlu nümunə kimi göstərib.
Bundan əlavə, Azərbaycan Uşaq Qaynar Xətti konfrans çərçivəsində baş tutan sərgidə çap və rəqəmsal materiallarını təqdim edib.
10-cu Beynəlxalq Uşaq Qaynar Xətt Konsultasiyasında əsas diqqət xüsusilə COVID-19 və kəskin böhran durumlarından biri olan müharibələr zamanı uşaq və gənclərin mental sağlamlığına yönəldilib. İsveç Kraliçası Əlahəzrət Silvianın açılış nitqi ilə çıxış etdiyi konfransda İsveç Uşaq Qaynar Xətti üzvlərinin rəylərinə əsasən, bütün dünyada uşaqların Qaynar Xəttə əsas müraciət etmə səbəbləri psixi sağlamlıq və şiddətlə bağlı olaraq qalır.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10


Bakı -°C

