“AzerGold” QSC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

“AzerGold” QSC-nin Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdir müavini Orxan Nağıyev 5-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub. O, 4 ay davam edən müsabiqədə iştirak etmiş 16 553 nəfər namizəddən ən yüksək bal toplayan 20 nəfər qalibin sırasına öz adını yazdırıb.
Orxan Nağıyev 2009-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. O, 2021-ci ildən “AzerGold” QSC-də çalışır.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların stimullaşdırılması və ölkədə güclü kadr ehtiyatı bankının yaradılması məqsədilə təşkil olunur.
“AzerGold” QSC olaraq həmkarımız Orxan Nağıyevə təbriklərimizi çatdırır, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq.
Digər Xəbərlər

Qarabağ dərdimiz - Ələmdar Məmmədov yazır

Vilayət Eyvazov işğaldan azad olunmuş ərazilərlə bağlı tapşırıqlar verdi - FOTO

"Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür" - RƏSMİ

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

Əli Əsədov QƏRAR İMZALADI

Qusman İlham Əliyevdən nə soruşmuşdu? - DETALLAR

Hakan Fidan və Səlcuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər
