Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tac arasında Memorandum imzalanacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 26-da Vatikana səfər edəcək.
Adalet.az xəbər verir ki, komitədən verilən məlumata görə, səfər çərçivəsində Vatikan şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır.
Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində dinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Sənədin imzalanmasında əsas məqsəd mədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələri arasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfə verməkdən ibarətdir.
İyulun 30-dək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər

Vilayət Eyvazov işğaldan azad olunmuş ərazilərlə bağlı tapşırıqlar verdi - FOTO

"Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür" - RƏSMİ

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

Əli Əsədov QƏRAR İMZALADI

“AzerGold” QSC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

Qusman İlham Əliyevdən nə soruşmuşdu? - DETALLAR

Hakan Fidan və Səlcuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər
