Şuşada Qordonla azərbaycanlı qızın təsirli söhbəti - VİDEO

Ukraynalı jurnalist Dmitri Qordonun Şuşadan maraqlı görüntüsü yayılıb.
Adalet.az xəbər verir ki, videonu jurnalist Mübariz Aslanov sosial şəbəkə hesabında paylaşıb. Görüntülərdə Qordonun Şuşada, Cıdır düzündə “Qarabağ nəğməsi”ni oxuyan qızla həmsöhbət olduğu əks olunub.
Ukraynalı jurnalist qızdan belə bir məkanda üçrəngli Azərbaycan bayrağına bürünməyin necə bir hiss olduğunu soruşub. Həmsöhbəti isə Qordona “Mən azərbaycanlı olmağımla fəxr edirəm”, - deyə cavab verib.
Jurnalist azyaşlıdan ifa etməyini xahiş edib. Mahnı bitdikdən sonra isə onu qucaqlayaraq təşəkkür edib.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunun iştirakçıları arasında yer alan D.Qordonun Azərbaycan Prezidentinə ünvanladığı sual və İlham Əliyevin ona cavabı təkcə ölkə daxilində deyil, dünya mediasında da gündəm yaratmışdı.
Digər Xəbərlər

Vilayət Eyvazov işğaldan azad olunmuş ərazilərlə bağlı tapşırıqlar verdi - FOTO

"Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür" - RƏSMİ

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

Əli Əsədov QƏRAR İMZALADI

“AzerGold” QSC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibi olub

Qusman İlham Əliyevdən nə soruşmuşdu? - DETALLAR

Hakan Fidan və Səlcuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər
