"Azəriqaz"ın bu idarəsində işçilər kütləvi ixtisar edildi - VİDEO

Masallı rayonunda bir qrup vətəndaş işdən çıxarılmalarına etiraz edir.
Adalet.az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onların işlədikləri Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Masallı rayon xidmət sahəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib və onlara heç bir kompensasiya ödənilməyib.
Şikayətçilər bildiriblər ki, bu sahədə 9 ildir çalışıblar və fəaliyyətlərində hər hansı nöqsan olmayıb.
Məsələ ilə bağlı Lənkəran Regional Qaz İdarəsinin Masallı rayon xidmət sahəsindən bildirilib ki, şikayət edən şəxslər onların deyil, DOST Mərkəzinin işçiləridir.
Qurumdan verilən məlumata görə, qeyd olunan şikayətlər araşdırılıb və əməkdaşların xəbərdarlıq edilmədən işdən çıxarılması ilə bağlı iddialar əsassız hesab edilib.
Digər Xəbərlər
jpg-1745917342.jpg)
Aİ üzvləri separatçıları həvəsləndirdi: Yeni "Evcik-evcik" oyunu

"Bölgələrə təyinat alan həkimlərin bir hissəsi təyinat yerlərinə gedib çıxmır" - Nazirlik rəsmisi

"Biz daha çox iş yerləri yaratmaq barədə düşünməliyik" - Komitə sədri

Hərbi vəzifəlilərin döyüş hazırlığı artırıldı - VİDEO

Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - VİDEO

Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib

Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək
