AzTV lisenziyalı televiziya yarışmasının yayım hüququnu aldı - Bədii Şuranın ilk iclası
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində yaradılan Bədii Şuranın 2022-ci ildə ilk iclası keçirilib.
Toplantıda televiziyanın qarşıya qoyduğu məqsədlər, “Şuşa” ili ilə bağlı yeni layihələrin hazırlanması barədə fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
“Siyasi və ideoloji işin düzgün qurulmasını, milli-mənəvi dəyərlərin təbliğini hər zaman prioritet hesab edən Azərbaycan Televiziyasında efirə çıxan yeni verilişlərdə də bu prinsiplər əsas götürülür”.
Bədii Şuranın iclasında belə deyən QSC sədri Rövşən Məmmədov istiqlal mücahirləri haqqında hazırlanan “Qətl planı” proqramından, eləcə də yaxın günlərdə yayımlanacaq “Gerçəklər”, “Şərqilər” verilişlərindən söz açıb. Qeyd olunub ki, Azərbaycan Televiziyasının zəngin arxivi də kanalın rəsmi “YouTube” kanallarından biri olan “AZTV Tarix”də sosial media izləyicilərinə təqdim olunur.
Bildirilib ki, Azərbaycan Televiziyası bu yaxınlarda müxtəlif janrlarda 70 bədii filmlə yanaşı, lisenziyalı televiziya yarışmasının yayım hüququnu da alıb.
Verilişlərin daha effektiv hazırlanması istiqamətində isə maddi-texniki baza gücləndirilir.
İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyasının efir strukturu, hazırlanan verilişlərin tərtibatı, aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparıblar, “Şuşa İli”nə töhfə olaraq kanal tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Digər Xəbərlər
06 Oktyabr 2026 18:03
Xocalıda 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanlayan ata min manat cərimələndi
06 Oktyabr 2026 12:13
“Bu, fermerin satışla bağlı riskini azalda bilər...”
06 Oktyabr 2026 11:59
Yağışlı havalarda...
06 Oktyabr 2026 10:07


Bakı -°C

