Bağçalara növbəyə yazılma sistemindəki problemə aydınlıq gətirildi

Saat 15:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılması sisteminə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub.
Bu barədə Adalet.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülüb və yüklənmə aradan qaldırılıb.
Hazırda proses uğurla davam edir. Belə ki, bugün Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulda 22796 növbə yaradılıb.
Qeyd edək ki, bu gün saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron qaydada növbələrin yaradılmasına start verilib. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2022, 2023 və 2024-cü il təvəllüdlü uşaqlar üçün isə növbələr saat 15:00-da aktiv edilib.
Digər Xəbərlər

Universitetlərdə təhsil haqları artırılacaq? - Rəsmi açıqlama

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilir

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin sərgisində təmsil olunacaq
