“Bakcell” Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
İnnovasiya lideri “Bakcell” Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib.
“Bakcell” sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsini minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya proseslərin daha da optimallaşdırılmasına, əməliyyat səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Bu addım “Bakcell”in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, bu addım “Bakcell”in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf, həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən yaradılan RSD altsistemi inteqrasiya olunmuş tərəflərin elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edir. Təkmil sertifikatlı gücləndirilmiş elektron imzalarla isə məlumatların məxfiliyi və bütövlüyü qorunur.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
30 Aprel 2026 11:13
“Texnoloji çağ internet inqilabı ilə başladı”
27 Aprel 2026 12:41
TikTok gənclərin düşüncə tərzini necə dəyişir?
23 Aprel 2026 16:49
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir
23 Aprel 2026 10:02
Türkiyə də uşaqlara sosial medianı qadağan etdi
20 Aprel 2026 16:34
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıldı
20 Aprel 2026 10:31
“AzInTelecom”un superkompüter infrastrukturundan istifadə genişlənir
14 Aprel 2026 15:43
Bakcell-in baş icraçı direktoru vəzifəsindən ayrıldı
13 Aprel 2026 09:30


Bakı -°C

