"Bakcell" şirkətinin Direktorlar Şurasına yeni təyinat

Bakcell şirkəti Salvador Anqladanın şirkətin Direktorlar Şurasına üzv təyin olunmasını elan edir.
Adalet.az xəbər verir ki, Salvador Anqlada telekommunikasiya və İT sahələrində 27 ildən çox iş təcrübəsinə malikdir. O, peşəkar karyerası ərzində Avropada “Telefonica”, “O2” və “Dell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Bakcell”in Direktorlar Şurasına təyinatından əvvəl o, 9 il BƏƏ-nin “e&” şirkətlər qrupunun (əvvəlki Etisalat) Biznes üzrə baş direktoru, sonra isə qrupun müəssisə və hökumət qurumlarına rəqəmsal transformasiya xidməti göstərən “e& enterprise” adlı törəmə şirkətinin baş icraçı direktoru vəzifələrini icra edib.
Cənab Anqlada İspaniyanın “Instituto de Empresa” universitetində icraçı MBA (executive MBA) və “Madrid UPM" universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Silikon vadisinin “Singularity” Universitetində icraçı (executive) proqramı və IESE Business Məktəbində PDG proqramını uğurla bitirib.
“Bakcell" şirkəti davamlı olaraq öz fəaliyyət sahəsində ən üstün rəqəmsal biznes qurmağa çalışır. Buna görə də biz asan olmayan bu işə öz töhfəsini verə biləcək yüksək təcrübəli insanları şirkətimizə cəlb edirik. Biz Salvador Anqladanın “Bakcell”in Direktorlar Şurasının yeni üzvü təyin olunmasından məmnunuq. Azərbaycanda və daha geniş regionda innovasiyaların tətbiqi və rəqəmsal transformasiyanın həyata keçirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirdiyimiz üçün onun telekommunikasiya və İT sənayesindəki böyük təcrübəsi bizim işimizə böyük dəyər qatacaq”, deyə "Bakcell" şirkətinin Direktorlar Şurasının sədri və “NEQSOL Holding”in telekom rəhbəri Vasil Latsaniç bildirib.
“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda ən son VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. "Bakcell" şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Digər Xəbərlər
25 Oktyabr 2025 14:15 Yeni “iPhone” dizaynları təqdim ediləcək
24 Oktyabr 2025 18:04 “Bakcell” lotereyasında 3-cü avtomobilin qalibi bəlli oldu - Növbəti sən ola bilərsən!
22 Oktyabr 2025 12:13 Böyük an yaxınlaşır! Bu gün bir nəfər lüks avtomobil qazanacaq
20 Oktyabr 2025 16:22 “Bakcell” bu həftə 1 avtomobil, 7 “iPhone 17” hədiyyə edəcək!
17 Oktyabr 2025 19:49 Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!
15 Oktyabr 2025 13:40 "Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən
14 Oktyabr 2025 20:45 İnstaqrama yeni qayda gəlir
14 Oktyabr 2025 11:32 

Bakı -°C 






