Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa oynanılır - FOTO

Narkomaniya fəlakətinə qarşı dövlətimizin və cəmiyyətin apardığı mübarizəyə dəstək vermək məqsədi ilə Səhnə teatrı “ Qaranlıqdan işığa” adlı tamaşa hazırlamışdır.
Həmin tamaşa ilk olaraq 16 avqust tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında oynanılmışdır.
Tamaşadan əvvəl həkim-narkoloq Asif Kəngərli “ Narkomaniya, alkoqolizm və tabakomaniyanın fəsadları” mövzusunda geniş çıxış etmişdir.
Daha sonra “ Qaranlıqdan işığa” tamaşası tamaşaçılara göstərilmişdir. Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.
Tamaşanın müəllifi Pakizə Hüseynova , quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə , Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.
Tamaşanı izləyən uşaqlar, yeniyetmələr, kənd ziyalılıarı və ümumən Mərdəkan teatrsevərləri aktyorları alqışlarla qarşılamışlar.
“ Qaranlıqdan işığa” tamaşası 20 avqust tarixində Şüvəlan Qəsəbə Mədəniyyət Evində, 25 avqustda isə Əmircan Qəsəbə Mədəniyyət Evində oynanılacaqdır. Tamaşanın Bakı kəndlərində o cümlədən bölgələrimizdə nümayişi nəzərdə tutulur.
Digər Xəbərlər

“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO

Zəfər haqqında növbəti tamaşa

Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…

İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR

Bakı Xoreoqrafiya Akademiyasının müəllimlərinin yubiley konserti keçirilib

Məsmə Aslanqızı: “Bilərəkdən ya bilməyərəkdən etdiyin bir günahın varsa…”

Leyla Əliyeva “Q Gallery Berlin”dən paylaşım etdi - VİDEO
