28 Sentyabr 2022 10:44
440
KRİMİNAL

Bakı metrosunda cibgir tutuldu

Bakı metrosunda cibgirlik etməkdə şübhəli bilinən Mahir Mirzəyev tutulub.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə Lerik rayon sakini L.Şabanlının, Göyçay rayon sakini A.Yəhyalının ciblərindən mobil telefonlarının oğurlanması, Şəki rayon sakini E.Əhmədlinin isə mobil telefonununun soyğunçuluq yolu ilə talanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları və soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Mahir Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.