Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
Prezident İlham Əliyev “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Adalet.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrasına nəzarət etməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilmə mexanizmlərinə uyğun olaraq, hər il Azərbaycan Respublikası dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, eləcə də digər mənbələrdən vəsaitlərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görmək tapşırılıb.
Digər Xəbərlər
15 Fevral 2026 17:51
Azərbaycan-Serbiya sənədləri mübadilə olundu
15 Fevral 2026 17:06
Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
15 Fevral 2026 17:00
Prezidentin serbiyalı həmkarı ilə təkbətək görüşü keçirildi - YENİLƏNİB
15 Fevral 2026 16:10
Prezident Belqradda Ümummilli Liderin abidəsini ziyarət etdi
15 Fevral 2026 15:20
Prezident Serbiyaya rəsmi səfər etdi - FOTOLAR
15 Fevral 2026 13:12
Serbiya dost və etibarlı strateji tərəfdaşdır - Prezident
15 Fevral 2026 11:15
Prezidentin sosial media hesablarında Almaniyaya səfərlə bağlı paylaşım edilib - VİDEO
15 Fevral 2026 10:17


Bakı -°C

