Bakı Xoreoqrafiya Akademiyasında Uşaq Hüquqları Konvensiyası Gününə həsr edilmiş tədbir keçirilib
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Uşaq Hüquqları Konvensiyası Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim şagird heyəti ilə yanaşı, Nəsimi rayonu Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Vüsal Qafarov və inspektor, polis mayoru Yeganə Zeynalova iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Ədəbi və bədii hissədən təşkil olunmuş tədbirdə şagirdlərin ifasında Azərbaycan, rus, ingilis və fransız dillərində şeirlər səsləndirilib, səhnəciklər və “Haydı, gəlin, uşaqlar!”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” rəqs kompozisiyaları nümayiş olunub.
Eyni zamanda, şagirdlərin təqdimatında göstərilən ailə-məişət, valideyn-övlad, müəllim-şagird münasibətləri mövzularına həsr edilmiş səhnəciklərdə uşaq psixologiyası ilə bağlı müasir problemlər öz əksini tapıb.
Tədbirdə 1989-cu ildə BMT tərəfindən 54 maddədən ibarət qəbul olunmuş Konvensiyada qorunan hüquqların bölündüyü dörd kateqoriya üzrə - uşaqların inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqlarına malik olmalarına dair geniş məlumat verilib.
Digər Xəbərlər
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14


Bakı -°C

