Bakı Xoreoqrafiya Akademiyasında Zəfər Gününə həsr olunmuş növbəti tədbir keçirilib
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İncəsənət fakültəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş növbəti tədbir keçirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi ilə yanaşı, şəhid ailələri və müharibə veteranları iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qalib Ordumuzun şücaəti ilə torpaqlarımız Ermənistan terrorçularının
işağalından azad olunub:
"Azərbaycan hərbçiləri Zəfər Gününü tariximizin ən şərəfli səhifəsinə yazaraq, faşist, terror, vandalizm ideologiyasını təbliğ edən Ermənistanın 30 illik işğalına son qoydu".
Vurğulanıb ki, Zəfər Gününə həsr olunmuş tədbirlər gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır.
Tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ordumuzun şanlı qələbələri fonunda xalqa müraciəti videorolik şəklində nümayiş edilib.
Tədbirdə İncəsənət fakültəsinin tələbə və müəllimlərinin ifasında rəqs kompozisiyaları, musiqi nömrələri, “Qarabağ” və “Azərbaycan” mahnıları təqdim edilib.
Sonra Şəhid anaları: Fərid Ələkbərovun anası Şükufə xanım, Murad Nağıyevin anası Xavər xanım, Məmmədağa
Səfərovun anası Rəna xanım, Nicat Tarıverdiyevin anası Şükran xanım,
Rauf Əliyev anası Xavər xanım çıxış edərək övladlarının simasında şəhid və qəhrəman hərbçilərimizin şücaətlərindən bəhs ediblər.
Sonda isə BXA-nın rəhbərliyi adından şəhid ailələrinə və müharibə veteranlarına hədiyyələr təqdim olunub və onlarla xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, tədbirin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynlidir.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

