adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Iyun 2022 12:45
876
İDMAN

Bakıda "Formula 2" yarışı başladı

Azərbaycan Qran-prisinə start verilib.

Adalet.az xəbər verir ki, paytaxtımızda altıncı dəfə keçirilən nüfuzlu yarış “Formula-2” pilotlarının mübarizəsi ilə başlayıb.

“Əvəzedicilər”də hər birində iki sürücü olmaqla, 11 komandanın pilotları sərbəst yürüşə qatılıblar. Onlar mövsümdə altıncı mərhələnin startında 45 dəqiqə mübarizə aparacaqlar.

Qeyd edək ki, “Formula-2” pilotları günün ikinci yarısında sıralama yarışında mübarizə aparacaqlar. Bu gün “Formula-1” üzrə iki sərbəst yürüş də təşkil olunacaq.