Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı

Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva həbsdən buraxılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Məhkəmənin 04.02.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.
Digər Xəbərlər

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi KEÇİRİLDİ

MN-nin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Zərərçəkmişlər Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib

Ruben Qarabağdakıların evini yıxıb - MƏHKƏMƏ - YENİLƏNİB

Yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm - MN-dəki 143 milyonluq mənimsəmə işi

"Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı" - Erməniəsilli şahid

"Qarabağda silahlanma haqqında ilk çağırış qanunsuz mitinqlərdə olub" - MƏHKƏMƏ
