29 May 2025 10:59
279
İQTİSADİYYAT

Bakıda tikinti işləri üzrə göstəricilər açıqlandı

Bu ilin yanvar-mart aylarında Bakıda ümumi inşaat işlərinin 91,6%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Bu barədə Adalet.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Birinci rübdə paytaxtda tikinti müəssisələrinin yerinə yetirdiyi inşaat işlərinin 85,5%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,6%-ni əsaslı təmir, 4,%-ni cari təmir, 3,9%-ni isə sair tikinti işləri təşkil edib.