Tempratur yüksəlir...

Artıq bir neçə gündür ki, ölkəmizdə havalar istiləşməyə başlayıb. Artıq yaya da bir şey qalmayıb.
Yəni istilər bir müddətdən sonra daha da artacaq , hətta müsbət 40 dərəcəyə qədər yüksələcək! Heç şübhəsiz, havaların istiləşməsi bir çox problemlərin yaranmasına rəvac verir. Onlardan biri kondisionerləri olmayan avtomobillərdir. Təbii ki, isti yay günlərində kondisioneri olmayan nəqliyyat vasitələri ilə yaxın və uzaq məsafələrə getmək çox çətindir.
Çətinlik də ondan ibarətdir ki, həmin avtomobillərin sükanı arxasında sürücülər çox əziyyət çəkir, yuxulayıb yatır və qəza törədir. Tək əziyyət çəkənlər və hadisənin qurbanı olanlar sürücülər deyil, həm də avtomobildəki digər insanlardır.
Ona görə də yay gəlməmişdən öncə əlaqədar qurumlar qabaqlayıcı tədbirlər görməli, sürücüləri və hərəkət iştirakçılarını maarifləndirmə ki, çıxış yolları tapılmalıdır.Əksi- təqdirdə isti havalarda sükan arxasında yuxulayıb qəza törədən sürücülər hələ çox olacaq!!!
Emil Faiqoğlu