30 May 2025 12:58
199
MƏMLƏKƏT

Yenə polis...

Polis həmişə millətin çətin, ağır günündə xalqın yanında olub, insanlara öz köməkliyin  göstərib.

Bunu kim bilməsə də, həmin adamlar o köməkliyi heç vaxt unutmurlar.Amma bəzən unudanlar  da olur. Bax bu, istər- istəməz bizi narahat edir.Lakin əksəriyyət polisi çox istəyir. Mayın 30- da  saat 8:55 dəqiqədə metronun " Koroğlu" stansiyasında bir  qız özünü pis hiss edirdi.

Bunu metroda xidmət aparan polis əməkdaşı hamıdan tez gördü və qıza öz köməkliyin göstərərək oturacaqda əyləşməsinə yardım etdi.Qıza su və dərman verildi. Beş- on dəqiqədən sonra qız özünə gəldi və demək olar ki, normal duruma qayıtdı.

Qız özünü lap yaxşı hiss etdi və həkimə ehtiyac olmadı. Özünü yaxşı hiss edən qız polis əməkdaşına, eləcə də ona kömək edən digər insanlara  təşəkkür edib, növbəti qatara minərək mənzil başına yola düşdü... Bax yenə polis dar gündə  vətəndaşın köməyinə çatdı!

Emil Faiqoğlu