"Bakının çətin trek olduğunu etiraf etməliyəm" - Sıralama turunun qalibi

"Bakının çətin trek olduğunu etiraf etməliyəm. Döngələri çox olan trekdə ehtiyatlı davranmaq lazımdır".
Adalet.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda birinci olan "Ferrari" komandasının pilotu Şarl Lekler mətbuat konfransında deyib.
Monakolu sürücü nəticəyə görə çox xoşbəxt olduğunu bildirib: "Risklər aldım. Bunu etməli idim, çünki qələbə asan əldə olunmur. Bolidi idarə edərkən balansı qorudum. Komandamızın digər üzvü də Karlos Sayns da ilk "üçlük"də yer aldı. Yaxşı hazırlaşmaq nəticə verir. Yarışdan öncə ünsiyyətdə olduq. Bir-birimizə dəstəyimizi ifadə etdik".
O, qazandığı uğurların sirrini də açıqlayıb: "Bəzən yarış öncəsi yaxşı əhvali-ruhiyyədə olmaq üçün nələrəsə ehtiyac duyursan. Mən musiqi dinləyərək motivasiyamı yüksəkdə saxlayıram”, - deyə 26 yaşlı pilot əlavə edib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Digər Xəbərlər

İsveç millisinin baş məşqçisi işdən qovuldu

Braziliya millisi ilk dəfə Yaponiya yığmasına uduzdu

DÇ-2026: Bu gün 8 oyun var

Arda Turan Ukrayna-Azərbaycan oyununda

Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu - VİDEO

Futbol üzrə U-20 dünya çempionatında yarımfinalçılar müəyyənləşdi

Aqil Abbasın "Qarabağ"ı - Murad Köhnəqala yazır
