Bako Sahakyan “Hayastan” ümumerməni fondunun üzvü olduğunu təsdiqlədi
İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib.
Adalet.az xəbər verir ki, o, prokurorun suallarını cavablandırarkən Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib.
O, fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini söyləyib.
B.Sahakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsi Ermənistana, bir hissəsi isə qondarma rejimə sərf edilib. O, fondun gördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaiti hesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlar İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yollarıdır.
Prokurorun sualını cavablandıran B.Sahakyan Ermənistandan verilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirildiyini də təsdiqləyib.
Fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtilə işğalda altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərf edilib.
Xatırladaq ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb .
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər
11 Mart 2026 17:05
Azər Qasımlıya hökm oxundu
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06
Şəxs yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra məhkum sayıla bilər - Ali Məhkəmə
02 Mart 2026 12:23


Bakı -°C

