11 Aprel 2025 12:04
310
DÜNYA

Baqdasaryan: Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada görüşü planlaşdırılmır

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 9-da Moskvada görüşü planlaşdırılmır.

Adalet.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

"Mayın 9-da üç ölkənin liderlərinin iştirakı ilə üçtərəfli formatda görüş planlaşdırılmayıb", - o qeyd edib.