Baş prokuror bu qurumlara təşəkkür etdi

Baş prokuror ötən illərdən bağlı qalmış və hesabat ilində qeydə alınmış qeyri-aşkar cinayətlərin açılmasında, ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsində Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və digər dövlət qurumlarının fəaliyyətini xüsusi qeyd edərək, göstərilən səmərəli və peşəkar əməkdaşlığa görə təşəkkürünü bildirib.
Adalet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2024-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Kollegiya iclasında deyib.
Qeyd olunub ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsində aidiyyəti qurumlarla birgə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcəkdir.
Digər Xəbərlər

Ramin Dekonun həbs müddəti UZADILDI

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi KEÇİRİLDİ

MN-nin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Zərərçəkmişlər Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib

Ruben Qarabağdakıların evini yıxıb - MƏHKƏMƏ - YENİLƏNİB

Yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirmişəm - MN-dəki 143 milyonluq mənimsəmə işi

"Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı" - Erməniəsilli şahid
