adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 May 2022 14:47
2086
SİYASƏT

Bayrağımızı “dqr” də görüb “dəli” olan deputat: “Xankəndini boşaldıb Ermənistana dönəcəyik”

Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəhələ bir çoxlarını dərindən ağrıdacaq, sarsıdacaq. Belə ağrıyib, sarsılanlardan biri də Qarabağdakı separatçı rejimin “milli assambleyası”nın “ədalət fraksiyası”nın üzvü Metakse Akopyandı. Hələ ötən yay Akopyan sosial şəbəkədə yazmışdı ki, Stepanakertdən ayrılanda adam dəli olur. Hər yerdə, yolda Azərbaycan bayraqları var.

Akopyan daha sonra xalqına məxsus iyrəncliklə, ikiüzlülüklə əlavə edir:” “Yolda üç azərbaycanlı sakit və rahat şəkildə böyürtkən yeyir.

Şuşa tamamilə məhv edilir, dəyişilir. Dəhşətə gəlirəm və başa düşürəm ki, mənim Şuşam (Guya Şuşa bunun dədəsindən qalıb-red-Ə.R.) bir daha əvvəlki kimi olmayacaq, ruhum bir daha orada olmayacaq.

“Qazançetsots” (Qazançı kilsəsini nəzərdə tutur) yavaş -yavaş yox olur.

Siz - Arayik və Nikol, asfalt çəkirsiniz, öz millətinizin başına bir çəkic atırsınızvə onları, "xilas edəcəyik",-deyərək aldadırsınız”.

Xatırlayırsınızsa, bu separatçı qadın açıqlamalarının birində “ “Artsax”da sakinlər rus hərbçilərinə yaxındırlar, onları dəstəkləyirlər, çünki bu gün erməni və rus hərbçiləri yan-yana “artsax”ın təhlükəsizliyinin təminatçısı kimi xidmət edirlər”

Hazırda isə Metaksenin əli hər yerdən üzülüb və yenə də xalqına məxsus sifətlərdən birini – “məzlum və yazıq” maskasını taxaraq fəryad edir

Adalet.az xəbər verir ki, hazırda sosial şəbəkələrin erməni seqmentində Akopyanın bir neçə gün əvvəl söylədiyi fikirləri müzakirə olunur:” Ermənistanın Azərbaycanın 5 təklifinə cavab verməsindən sonra Xankəndidən səs-küylü xəbər gözləmək olar. Özünü “dqr” adlandıran respublikanın bütün “nazirləri”, “prezidenti”, “deputatları” təcili olaraq Xankəndini azad etməli olacaqlar”.

Azərbaycan – Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılması yönündə gedən söhbətlərin ilk dönəmindən bu normallaşmaya etiraz edən qondarma “deputat” daha sonra bu fikirləri də söyləyib:İrəvanın Azərbaycanın təklif etdiyi beş bəndə cavabının təfərrüatını yalnız Bakı onları qəbul etdikdən sonra ictimaiyyətə təqdim etməsi artıq erməni xalqı üçün bir işarədir. İndi nəsə etməyə cəhd göstərmək belə mənasızdır. Bu bəndlərdə “dqr” lehinə heç bir müddəa görmədim. Ümumiyyətlə, bizə göstərildi ki, bütün bunların artıq heç biri olmayacaq. İrəvan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu, onu göstərir ki, biz hamımız Ermənistana qayıtmalı olacağıq.

Qeyd edək ki, Metakse Akopyan dəfələrlə yenidən müharibə arzusunda olan revanşistlərdəndi. O, hazırda Fransa meydanında mitinq keçirən müxalifət üzvləri kimi ” Azərbaycanın Qarabağda apardığı tikintilər Ermənistan hakimiyyətini geri çəkilməyə vadar etdi. Ermənistan hakimiyyəti müharibə sevdasından da vaz keçdi. Amma müharibə olacaq. Biz Qarabağ erməniləri müharibə fikrindən vaz keçməmişik. Müharibə olacaq və bu müharibəyə hazırlıqlar gedir ” deyir.

 

P.S. Bu toplum sülh şəraitində, dinc, rahat yaşamaq, balalarını böyütmək, sabahları ölümsüz, itkisiz açmaq istəmirlər.Deyəsən bunlar, müharibəyə, ölümə, itkin düşməyə, çətinliklər çəkməyə türklər demiş pekde meraklıdırlar“. Neynək, Allah arzularına çatdırsın . XTQ nə günə durub? Allah qorusun ordumuzu!

 

Əntiqə Rəşid