Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr
Bayram günlərində müxtəlif və dadlı yeməklərin bolluğu bəzən düzgün qidalanma vərdişlərindən uzaqlaşmağa səbəb olur. Düzgün qidalanma orqanizmin həddindən artıq yüklənməsinin qarşısını alır və bayramdan sonra yarana biləcək narahatlıqları minimuma endirir.
Adalet.az xəbər verir ki, bayram günləri istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməsi tövsiyə olunur. Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalıdır. Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməsi daha sağlam olmaqla yanaşı, faydalı maddələrin qorunmasına da kömək edir.
Bayram süfrələrində kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməsi məqsədəuyğundur. Eyni zamanda qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmaq, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməsi tövsiyə olunur.
Bayram günlərində sürətli şəkildə yemək ən çox rast gəlinən səhvlərdən biridir. Yeməklərin sakit, tələsmədən yeyilməsi və yaxşı çeynənilməsi həzmi asanlaşdırır və ümumi sağlamlıq üçün daha faydalı hesab olunur.
Digər Xəbərlər
29 Yanvar 2026 16:46
Uşaqların boy artımının zəifləməsi nə ilə bağlıdır? - AÇIQLAMA
28 Yanvar 2026 14:29
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
28 Yanvar 2026 10:04
Bu rayonlarda səyyar tibbi müayinələr təşkil edildi
27 Yanvar 2026 14:26
Azərbaycanda quş qripinə qarşı növbəti monitorinqlər keçiriləcək
27 Yanvar 2026 10:39
Antibiotik kursu bitdikdən sonra uşağın ümumi orqanizminin bərpası
27 Yanvar 2026 10:39
Uşaqlara özbaşına antibiotik vermələrinin fəsadları
26 Yanvar 2026 15:26
Azərbaycanda "Nipah"a yoluxma qeydə alınmayıb - RƏSMİ
25 Yanvar 2026 08:59


Bakı -°C

