Bayramov Quterreşlə regional təşəbbüsləri və sülh prosesini müzakirə etdi
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə regional və beynəlxalq proseslər, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, dialoq, sabitlik və əməkdaşlığın təşviqində rolu barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində fəal iştirakı, çoxtərəfliliyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə verdiyi töhfələr vurğulanıb. Azərbaycanın donor ölkə kimi fəaliyyəti və humanitar təşəbbüsləri də müzakirə olunub.
Tərəflər qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə də toxunublar. Bu çərçivədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional əlaqəlilik sahələrində artan rolu qeyd edilib.
Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesində son irəliləyişlər, Cənubi Qafqazda etimadın qurulması istiqamətində səylər, keçmiş məcburi köçkünlərin qayıdışını dəstəkləyən bərpa-quruculuq işləri və minatəmizləmə fəaliyyəti barədə məlumat verib.
Digər Xəbərlər
12 Noyabr 2026 09:13
Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım etdi
12 Noyabr 2026 00:11
Prezidentin sosial media hesablarında paylaşım edildi - FOTO
11 Noyabr 2026 20:02
Azərbaycanın yerləşdiyi coğrafiya... - Səxavət Məmməd yazır
11 Noyabr 2026 19:35
Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı Səfirliyində olub - VİDEO
11 Noyabr 2026 18:15
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTOLAR
11 Noyabr 2026 17:54
Ramil Usubov MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə iştirak etdi
11 Noyabr 2026 17:25
İlham Əliyev COP31 Liderlər Sammitində - YENİLƏNİB + FOTOLAR
11 Noyabr 2026 15:07


Bakı -°C

