adalet.az header logo
  • Bakı -°C
28 Aprel 2026 18:43
78
DÜNYA
A- A+

BƏƏ-nin OPEK-dən çıxması Trampın qələbəsidir

BƏƏ-nin OPEK-dən çıxması Tramp üçün qələbədir və o, təşkilatı neft qiymətlərini şişirdərək dünyanın qalan hissəsini soymaqda günahlandırdı.

Adalet.az xəbər verir ki, bu barədə “Röyters” yazıb.

“Bu addım xaosa səbəb ola və daxili fikir ayrılıqlarına baxmayaraq, adətən özünü vahid cəbhə təqdim etməyə çalışan OPEK-i zəiflədə bilər. Bu, həmçinin OPEK-in faktiki lideri Səudiyyə Ərəbistanına ciddi zərbə vurur”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEK və OPEK+ təşkilatlarını tərk edəcək.