18 Oktyabr 2024 14:05
66
SİYASƏT

"Belə qanun dili olmaz" - Deputat

"Əvvəlki təcrübəmdən deyirəm ki, belə sözlər işlədilirdi, filankəsin əməkhaqqı bu halda artırıla bilər. Məmurla vətəndaş arasında dava düşürdü".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.

"Məmur deyirdi ki, olmaya da bilər. Hələ kitablara baxım, yuxarı zəng edim, dəqiqləşdirim ki, ola bilər, ya yox. Belə qanun dili olmaz. Niyə gələcək konfliktlərə, vətəndaş-məmur davasına şərait yaradırıq? Qanunun dili konkret olmalıdır", - deyə deputat bildirib.

Nicat