18 Oktyabr 2024 16:07
70
DÜNYA

İran və Ermənistan XİN rəhbərləri GÖRÜŞDÜ

İran və Ermənistanın xarici işlər nazirləri Abbas Araqçı ilə Ararat Mirzoyan arasında görüş keçirilib.

Adalet.az  “Mehr” agentliyinə istinadən xəbər verir ki, görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub. 

Bununla belə, nazirlərin danışıqlarının detalları açıqlanmayıb. 

Araqçının digər həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Xatırladaq ki, bu gün İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Görüşdə Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib.