18 Oktyabr 2024 17:01
87
DÜNYA

HƏMAS girovların azad edilməsi şərtini açıqladı

Fələstinin HƏMAS hərəkatı girovları yalnız İsrailin Qəzza zolağına hücumu başa çatdıqdan və İsrail hərbçiləri geri çəkildikdən sonra azad etməyi planlaşdırır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın siyasi bürosunun sədr müavini Xəlil əl-Həyya Fələstinin "Əl-Əqsa" telekanalının efirində çıxışı zamanı bildirib.

"Qəzzaya qarşı təcavüz dayandırılmayana, qoşunlar oradan tamamilə çıxarılmayana və əsir düşən qəhrəmanlarımız azad olunmayana qədər məhbuslar geri qayıtmayacaqlar",- deyib. 

Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrailin həyatlarını əsirgəməyəcəyini və Qəzza zolağında girovları azad edib təslim olan radikalların qaçmasına icazə verəcəyini vəd etmişdi.