18 Oktyabr 2024 13:44
73
SİYASƏT

Ceyhun Bayramov “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib.

Adalet.az xəbər verir ki, bu barədə Azrbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, iclasda Azərbaycanın ümumi çağırışları, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, rabitə və ətraf mühit kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin, münaqişədən sonrakı dövrün belə bir kritik anında regionda davamlı və dönməz sülhə nail olmaq üçün Ermənistanın zəruri konstitusiya dəyişiklikləri vasitəsilə köhnə münaqişə rəvayətləri və strukturları qalıqlarını aradan qaldırmasının vacibliyi vurğulanıb.