Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir
Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.
Adalet.az xəbər verir ki, bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.
Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək.
İndiyə qədər bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyənləşdirirdi.
Digər Xəbərlər
07 Aprel 2026 12:05
Azərbaycan dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib
07 Aprel 2026 10:48
Türk dövlətlərinin xarici ticarətinin həcmi açıqlandı
07 Aprel 2026 10:29
“Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır”
06 Aprel 2026 19:42


Bakı -°C

