Bəşəriyyət dönüş nöqtəsindədir - Ərdoğan
Bu gün dünya, müharibələr, qarşıdurmalar, hüquq pozuntuları və bərabərsizliklərin cəngində, dərin liderlik böhranı içindədir. Üzümüzü çevirdiyimiz heç bir yerdə sabitlik görmür, dərinləşən ədalətsizliklərlə qarşılaşırıq. İki qonşu ölkədən birində rifah, var-dövlət hökm sürərkən, digərində milyonlarla insan aclıq və yoxsulluqla mübarizə aparır. Gələcəyimizə ümidlə baxmağımıza səbəb olacaq bütün hadisələrin sayı sürətlə azalır. Bir şey tam aydındır ki, bəşəriyyət dönüş nöqtəsindədir. Sadəcə, qarşıdakı 5-10 ilə deyil, övladlarımızın və nəvələrimizin də gələcəyinə təsir edəcək hadisələr baş verir.
Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TRT World 2024” forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
İkinci Dünya müharibəsinin ən əhəmiyyətli nəticələrindən birinin BMT-nin yaradılmasını olduğunu söyləyən Türkiyə Prezidenti deyib:
"İndi bu BMT ilə davam edə bilərikmi? Xeyr. BMT-nin islahatlara ehtiyacı var. Dünya beş daimi üzvün əlinə buraxıla, dünya bu şəkildə idarə oluna bilməz".
Digər Xəbərlər
28 Oktyabr 2026 10:31
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
28 Oktyabr 2026 10:22
İstanbulda dörd mərtəbəli bina çökdü
28 Oktyabr 2026 09:19
Tramp yenə Baydeni günahlandırdı
28 Oktyabr 2026 09:18
Netanyahunun partiyası seçkilərdə liderdir
28 Oktyabr 2026 09:15
ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
28 Oktyabr 2026 07:20
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
28 Oktyabr 2026 07:14
“Hücumlar qlobal enerji təhlükəsizliyini təhdid edir”
27 Oktyabr 2026 17:47


Bakı -°C

